Media Müşahidə Mərkəzi yaradılır

Türkiyə Pezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin ev sahibliyi ilə İstanbulda keçirilən İƏT İnformasiya Nazirlərinin Fövqəladə Yığıncağının açılışında çıxış edən H.İ.Taha deyib ...

2107060
Media Müşahidə Mərkəzi yaradılır

 

  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha bildirib ki, işğalçı İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədləri toplamaq üçün Media Müşahidə Mərkəzi yaradılacaq.

  Fevralın 24-də Türkiyə Pezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin ev sahibliyi ilə İstanbulda keçirilən İƏT İnformasiya Nazirlərinin Fövqəladə Yığıncağının açılışında çıxış edən H.İ.Taha İsrailin Fələstinə hücumlarını müzakirə etmək üçün bu təcili toplantının keçirilməsinə çağırdığına görə Türkiyə hökuməti və xalqına təşəkkür etdikdən sonra deyib: “İƏT Baş Katibliyi nəzdində Media Müşahidə Mərkəzinin yaradılması addımı atıldı. Mərkəz işğalçı İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlər və qanun pozuntularına dair sənədlər toplamaq məqsədi daşıyır.

  Fələstin torpaqlarında jurnalistlərə və media qurumlarına hücumlar edən İsrail həqiqətləri və bölgədə törətdiyi cinayətləri gizlətməyə, jurnalistləri susdurmağa, beynəlxalq ictimaiyyətin xəbərdar olmasına mane olmağa çalışır.

  İƏT-in Fələstin xalqını dəstəklədiyini bir daha vurğulamaq istəyirik.

  Media Müşahidə Mərkəzi beynəlxalq ictimaiyyətin Fələstin böhranı ilə bağlı dəqiq məlumat ala bilməsi üçün çalışacaq”.

  Fələstinin informasiya naziri Nabil Əbu Rudeynə də çıxışında ərəb və islam ölkələrini Fələstin xalqına qarşı müharibəni dayandırmaq üçün ABŞ-a təzyiq göstərməyə və bəyanatlarla kifayətlənməməyə çağıraraq deyib: “Fələstinlilər 100 ildən artıqdır davam etdirdikləri mübarizədən əsla vaz keçməyəcək. Qəzza Fələstin dövlətinin ayrılmaz bir parçasıdır. İsrail fələstinlilərə qarşı heç bir müharibədə qalib gəlməyəcək. Bizim iradəmiz, qətiyyətimiz və müqəddəs dəyərlərimiz var. Təslim olmayacağıq”.



Әlaqәli Xәbәrlәr