Dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biri

Afrikanın ticarət, maliyyə və mədəniyyət mərkəzlərindən biri olan Cənubi Afrika son illər artan cinayət nisbətləri ilə diqqət çəkir

2106940
Dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biri

 

  Dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biri olan Cənubi Afrika Respublikasında 2023-cü ildə 27 mindən çox qətl hadisəsi törədilib.

  Afrikanın ticarət, maliyyə və mədəniyyət mərkəzlərindən biri olan Cənubi Afrika son illər artan cinayət nisbətləri ilə diqqət çəkir.

  Cənubi Afrika Polis Xidmətinin (SAPS) 2023-cü il cinayət hesabatlarına görə, ötən il ölkədə 27 min 716 adam qətllər nəticəsində həyatını itirib. Buna uyğun olaraq bildirilib ki, 2023-cü ildə Cənubi Afrikada hər saatda orta hesabla 3 cinayət törədilib.

  Qeyd edək ki, Cənubi Afrikada 2022-ci ildə 27 min 66 adam öldürülmüşdü. Ötən il qətl hadisələrinin sayında əvvəlki illə müqayisədə artım müşahidə olunub.

  Fidyə müqabilində adam oğurluğuna tez-tez rast gəlinən Cənubi Afrikada, polis qeydlərinə görə, 2023-cü ildə 16 min 387 adam qaçırılıb.

  Ötən il 216 mindən çox quldurluq hadisəsinin baş verdiyi ölkədə 53 mindən çox zorlama və cinsi təcavüz hadisəsi qeydə alınıb.

  Bank nağd pul daşıma maşınları da tez-tez quldurların hədəfinə çevrilir. Belə ki, ölkədə 2023-cü ildə 234 nağd pul daşıyan avtomobil qarət edilib.

  Cənubi Afrikada Respublikasında cinayət hadisələrinin daha çox baş verdiyi yerlər iri şəhər mərkəzləridir. Ölkənin ən böyük şəhərləri olan Yohannesburq, Keyptaun və Durban cinayətkarlığın ən yüksək olduğu yerlər siyahısında ilk üçlükdədir.



Әlaqәli Xәbәrlәr