“O, mənə “Afərin Volodya, kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməzdi”, V.Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsi rəsmi Moskvanın ABŞ prezidenti kimi onu Donald Trampdan niyə üstün tutduğunun sübutudur

2106394
“O, mənə “Afərin Volodya, kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməzdi”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsi rəsmi Moskvanın ABŞ prezidenti kimi onu Donald Trampdan niyə üstün tutduğunun sübutudur.

  Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamada V.Putin seçki kampaniyası zamanı Co Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsini “qeyri-qanuni” adlandırıb.

  Bir müddət əvvəl ABŞ prezidenti olaraq Co Baydeni Donald Trampdan üstün tutduğuna dair açıqlama verdiyini xatırladan Rusiya prezidenti gülümsəyərək bunları söyləyib: “İstənilən prezidentlə işləyəcəyimizi dedim, amma Baydenin Rusiya üçün daha üstün olduğunu düşünmüşdüm. Görünür, mən tamamilə haqlıyam, çünki bu, sözlərimə uyğun reaksiyadır. Baydenin mənə təşəkkür edəcəyini gözləmirdim. O, mənə “Afərin Volodya, mənə kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməz. Biz orada nə baş verdiyini daxili siyasət baxımından başa düşürük və bu, tamamilə uyğun reaksiyadır, ona görə də mən haqlı idim”.

  Xatırladaq ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası çərçivəsində Kaliforniya ştatının San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələr işlədib. Kremlin sözçüsü Dmitri Peskov Baydenin Putinə qarşı sözlərini “təkəbbürlü” və “utancverici” adlandırıb.



Әlaqәli Xәbәrlәr