Bayden Putini təhqir etdi

O, ABŞ-ın sabiq prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Trampı rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Putin haqqında danışmadığına görə də tənqid edib

2106057
Bayden Putini təhqir etdi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden seçki kampaniyası zamanı çıxışında Rusiya prezidenti Vladimir Putinin əleyhinə təhqiramiz sözlər deyib.

  “The Hill” bildirir ki, Bayden Kaliforniya ştatının San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində seçki kampaniyası zamanı çıxış edib.

  Putin və bəzi digər dövlət başçıları üzündən nüvə münaqişəsi ilə bağlı daimi bir narahatlıq olduğuna diqqət çəkən ABŞ prezidenti ekzistensial təhlükənin həm də iqlim olduğunu söyləyib.

  Bayden çıxışında Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələr işlədib. O, ABŞ-ın sabiq prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Trampı rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Putin haqqında danışmadığına görə də tənqid edib. Putinin Navalnının ölümünə görə məsuliyyət daşıdığını söyləyən Bayden deyib: "Aleksey Navalnının ölümü ilə bağlı xəbər məni həm təəccübləndirdi, həm də qəzəbləndirdi. Putin onu həbs etdirdi, istintaqa çəkdi, mühakimə etdi, həbsxanaya göndərdi və təcrid etdi".  

 



Әlaqәli Xәbәrlәr