Husilər: ABŞ və İngiltərə ölkənin qərbində yerləşən Hudeydə şəhərinə hücum etdi

Yəməndəki husilər ABŞ və İngiltərənin ölkənin qərbində yerləşən Hudeydə şəhərinə hücum etdiyini açıqlayıb.

2105192
Husilər: ABŞ və İngiltərə ölkənin qərbində yerləşən Hudeydə şəhərinə hücum etdi

Yəməndəki husilər ABŞ və İngiltərənin ölkənin qərbində yerləşən Hudeydə şəhərinə hücum etdiyini açıqlayıb.

Husilərə bağlı "el-Mesire" televiziyasında yayımlanan xəbərdə ABŞ və İngiltərə hava qüvvələrinin Hudeydanın əl-Cubbane bölgəsinə iki hava hücumu təşkil etdiyi bildirilib.

Xəbərdə hücumların hədəfləri və nəticələri ilə bağlı məlumat verilməyib, ABŞ və İngiltərədən heç bir açıqlama verilməyib.

Digər tərəfdən, Fransa Qırmızı dəniz və Ədən körfəzində Yəmənə məxsus iki PUA-nı vurduqlarını bildirib.

Fransa Müdafiə Nazirliyi Qırmızı dəniz və Ədən körfəzindəki hadisələrlə bağlı yazılı açıqlama verib.

Nazirlik qeyd edib ki, Fransanın FREMM tipli dəniz freqatları Qırmızı dənizin cənubunda və Ədən körfəzində Yəməndən gələn pilotsuz uçuş aparatlarının (PUA) çoxlu hücumunu aşkar edib.

Açıqlamada 2 PUA-nın müdaxilə edilərək məhv edildiyi, "Bu müdaxilənin Süveyş kanalından Hörmüz boğazına qədər dəniz təhlükəsizliyinə töhfə verdiyi" ifadə edilib.

Qeyd edək ki, Avropa İttifaqı 20 fevralda Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinə töhfə vermək üçün "Aspides" adlı hərbi missiyanın işə salındığını açıqlayıb.

Missiyanın naviqasiya azadlığının bərpasına və kommersiya gəmiçiliyinin qorunmasına töhfə verəcəyini bildirən Aİ “Aspides” missiyasının yalnız müdafiə məqsədi daşıyacağını qeyd edib.

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabrda İsrail şirkətlərinə bağlı olduqlarını söylədiyi Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə PUA-larla və raketlərlə hücum etməyə başladılar.

Amerika qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr