NATO Parlament Assambleyasının illik iclası başladı
NATO-nun verdiyi yazılı açıqlamaya görə ...
NATO Parlament Assambleyasının (NATO-PA) üzvləri NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında illik iclasa toplaşıblar.
NATO-nun verdiyi yazılı açıqlamaya görə, baş katib Yens Stoltenberq qərargahda Avropa təhlükəsizlik gündəmindəki mühüm məsələləri müzakirə etmək üçün NATO Parlament Assambleyasının sədri Mixal Şerba (Michal Szczerba) ilə bir araya gəlib. Görüşdən sonra Stoltenberq və Şerba assambleyanın Şimali Atlantika Şurasındakı daimi nümayəndələrinin illik toplantısına sədrlik ediblər.
İclasda şura üzvləri müdafiə xərcləri, transatlantik sənaye bazasının genişləndirilməsi, Ukraynanın NATO-ya üzvlük yolu, regional təhlükəsizlik problemləri və enerji təhlükəsizliyi kimi məsələləri müzakirə ediblər.
Yens Stoltenberq bildirib ki, görüşlər NATO-nun demokratik təsisatları ilə müttəfiqləri arasında mühüm əlaqə yaradır və NATO-nun siyasətləri barədə məlumatlılığın artırılmasına kömək edir.
Baş katib NATO-nun ötən il Vilnüsdə keçirilmiş sammitində qəbul edilmiş qərarların həyata keçirilməsində və Ukraynaya yardımın davam etdirilməsində parlamentlərin davamlı dəstəyinin vacibliyini vurğulayıb.
Görüşdə Türkiyəni Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Ədalət və İnkişaf Partiyasından millət vəkili Mövlud Çavuşoğlu təmsil edib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.