BMT-nin Əfqanıstan iclası başladı
Qətər Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ...
2104104
Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanla bağlı iclası başlayıb.
Qətər Xarici İşlər Nazirliyindən verilən məlumatda BMT-nin baş katibi Antonio Quterreşin qatıldığı toplantıda Əfqanıstandakı Taliban administrasiyasının iştirak etmədiyi bildirilib.
Qətər mərkəzli “Əl-Cəzirə” televiziyasının internet saytında yer alan xəbərdə Əfqanıstan hökumətinin dəvət olunmasına baxmayaraq toplantıya qatılmaqdan imtina etdiyi yazılıb.
Xatırladaq ki, BMT-nin 2023-cü ilin may ayında Dohada keçirdiyi Əfqanıstanla bağlı ilk iclasa Taliban administrasiyası dəvət edilməyib.