İsrail ordusu Qəzzada 4 jurnalisti öldürüb

İsrail ordusunun işğalını və hücumlarını davam etdirdiyi Qəzza zolağında daha 4 jurnalistin öldürülməsi ilə 133 gündə həyatını itirən jurnalistlərin sayı 130-a yüksəlib.

2103437
İsrail ordusu Qəzzada 4 jurnalisti öldürüb

İsrail ordusunun işğalını və hücumlarını davam etdirdiyi Qəzza zolağında daha 4 jurnalistin öldürülməsi ilə 133 gündə həyatını itirən jurnalistlərin sayı 130-a yüksəlib.

Qəzza hökumətinin Media Ofisindən verilən yazılı açıqlamada İsrail ordusunun Qəzzanın mərkəzi hissələrində yerləşən Nusayrat qaçqın düşərgəsində evini bombaladığı Qurani-Kərim radiosunun direktoru Zeyd Əbu Zaydin ilə Qəzzanın cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasında israilli snayperlərin hədəf aldığı "Kenan media" agentliyində işləyən jurnalist Yasir Memduhun həyatını itirdiyi bildirilib.

Məlum olub ki, Sahel Media Şəbəkəsində fotomüxbir işləyən Məhəmməd Raslan Şenyura və redaktor Mahmud Musteha təxminən iki ay əvvəl Qəzza şəhərinin Tel əl-Heva bölgəsində öldürülüb.

Qeyd olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzzaya qarşı hücumlarında həlak olan jurnalistlərin sayı 130-a yüksəlib.

Media Ofisindən verilən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla 28 min 775 fələstinli həyatını itirib, 68 min 552 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.



Әlaqәli Xәbәrlәr