İsrailin Livanın cənubuna hücumu nəticəsində 8 nəfər həlak olub

İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərində 3 mərtəbəli binaya pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda eyni ailədən 8 nəfər həlak olub.

2102618

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrailə məxsus PUA-nın Nəbatiyə şəhərinin Mercayun bölgəsində 3 mərtəbəli bir binanı idarə olunan raketlə hədəfə aldığı bildirilib.

Qeyd olunub ki, binanın dağıntıları altından 8 nəfərin cəsədi çıxarılıb.

İsrail ordusunun oktyabrın 8-dən bəri Livana hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 42-yə yüksəlib.

Bu günə qədər baş verən qarşıdurmalarda 196 Hizbullah üzvü, 8 Əməl Hərəkatı üzvü, 12 Həmas Hərəkatı üzvü, 12 İslami Cihad üzvü, 2 Livan təhlükəsizlik zabiti, 6 İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Әlaqәli Xәbәrlәr