“Dünyanın ağciyərləri” yox olur

Alimlər yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər

2102796
“Dünyanın ağciyərləri” yox olur

 

  Amazon tropik meşələrinin demək olar ki, yarısı quraqlıq, ağacların qırılması və yanğınlar üzündən 2050-ci ilə qədər yox ola bilər.

  Alimlər yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

  Amazon meşələrinin 38 faizi ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbindən azalıb. Alimlər 2050-ci ilə qədər tropik bu meşələrin 10-47 faizinin məhv ola biləcəyini söyləyir.

  Rütubət səviyyəsi də bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.

  Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini buraxdığı üçün “Dünyanın ağciyərləri” adlanır.

  Araşdırmanın təfərrüatı "Nature" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr