ABŞ Mərkəzi Komandanlığı husilərə qarşı iki hücum təşkil edib

CENTCOM Yəməndə İranın dəstəklədiyi husilərə məxsus partlayıcı yüklənmiş pilotsuz suüstü maşınlara və gəmi əleyhinə qanadlı raketlərə qarşı iki hücum təşkil etdiyini açıql

2100941
ABŞ Mərkəzi Komandanlığı husilərə qarşı iki hücum təşkil edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə məxsus partlayıcı yüklənmiş pilotsuz suüstü maşınlara və gəmi əleyhinə qanadlı raketlərə qarşı iki hücum təşkil etdiyini açıqlayıb.

Açıqlamada "CENTCOM-a bağlı ünsürlər fevralın 10-u yerli vaxtla saat 16.00-17.00 radələrində husilərə aid 2 pilotsuz suüstü vasitəsi və 3 mobil gəmi əleyhinə qanadlı raketə qarşı özünümüdafiə hücumunu uğurla həyata keçirib" deyilib.

Bəyanatda husilərin aşkarlanan pilotsuz suüstü vasitələri və raketlərlə Yəmənin şimal bölgəsindən Qırmızı dənizdəki ticarət gəmilərinə qarşı hücuma hazırlaşdığı və bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər üçün “yaxın təhlükə törətdikləri” bildirilib:

“Bu hərəkətlər naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək”.

Qeyd edək ki, oktyabrın 31-də İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum etməyə başladılar.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Әlaqәli Xәbәrlәr