Qassam Briqadaları: ''Xan Yunisdə 7 İsrail əsgəri də öldürüldü''

''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 7 İsrail əsgərini öldürdüyünü açıqlayıb.

2100321
Qassam Briqadaları: ''Xan Yunisdə 7 İsrail əsgəri də öldürüldü''

''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 7 İsrail əsgərini öldürdüyünü açıqlayıb.
Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Xan Yunisin şərqindəki Absan əl-Kəbirə bölgəsində İsrail qüvvələrinə edilən hücumla bağlı məlumat verilib.
Açıqlamada İsrail qüvvələrinə təşkil edilən hücum zamanı 7 İsrail əsgərinin öldüyü qeyd edilib.
Qəssam Briqadaları tərəfindən edilən başqa bir açıqlamada isə Qəzza şəhərinin qərbindəki Ketibe bölgəsinə daxil olan İsrail qüvvələrinə minaatanlarla hücuma edildiyi bildirilib.
İsrail ordusu məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 564 İsrail əsgəri də həlak olub.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 12000 mindən çoxu uşaq və 8000 mindən çoxu da qadın olmaqla 27947 adam həlak olub.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 387 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr