İsrail Livana hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun Livanın daxili bölgələrində yerləşən Sayda şəhərinin şimalında bir avtomobilə təşkil etdiyi hücumda ilkin məlumata görə 4 nəfər həyatını itirib.

2100520

''Al Mayadeen'' telekanalının yaydığı xəbərə görə, İsrail qüvvələri Sayda şəhərinin şimalındakı Cadra bölgəsində bir avtomobili atəşə tutub.
İlkin məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Livan mediasında İsrailin hədəfinin Livandakı HƏMAS Hərəkatının rəsmilərindən biri olduğu və bu şəxsin həyatada olduğu barədə xəbərlər yayılıb.

Әlaqәli Xәbәrlәr