Co Bayden və Olaf Şolts Ukrayna məsələsini müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts Qərbin Ukraynaya güclü dəstəyini davam etdirməli olduğunu vurğulayıblar.

2100374
Co Bayden və Olaf Şolts Ukrayna məsələsini müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts Qərbin Ukraynaya güclü dəstəyini davam etdirməli olduğunu vurğulayıblar.
Məlumata görə, Co Bayden Olaf Şoltsu Ağ Evdə qəbul edib.
Jurnalistlərə açıqlama verən liderlər Ukraynaya dəstək mövzusundakı fikirlərini dilə gətiriblər.
ABŞ Konqresindəki respublikaçıları “Ukraynaya dəstəyin qarşısını almaqda” ittiham edən Co Bayden sözügedən yardımın Ukraynaya göndərilməsinin vacibliyini vurğulayıb. Co Bayden həm ABŞ, həm də Avropa ölkələrinin bu mövzuda birgə işləməyə davam edəcəyini bildirib.
Qərb ölkələrinin dəstəyi olmadan Kiyevin öz ərazisini müdafiə edə bilməyəcəyini bildirən Olaf Şolts  ən qısa zamanda Ukraynaya yeni yardımın göndərilməsi lazım olduğunu bildirib.
Olaf Şolts həmçinin amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsini tənqid edib və onun Putinin Ukraynaya hücumu ilə bağlı tarixi məsələləri təhrif etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr