"Dəyişməz baş düşmən"ə görə konstitusiyanı yenidən yazdırmaq istəyir

Şimali Koreya Cənubi Koreya ilə iqtisadi əməkdaşlıqla bağlı qanunları ləğv etmək qərarına gəldi və ...

2099671
"Dəyişməz baş düşmən"ə görə konstitusiyanı yenidən yazdırmaq istəyir

 

  Şimali Koreya Cənubi Koreya ilə iqtisadi əməkdaşlıqla bağlı qanunları ləğv etmək qərarına gəldi.

  Şimali Koreya Ali Xalq Məclisinin 7 fevral toplantısında Cənubi Koreya ilə iqtisadi əməkdaşlıq və Kumqanq dağında təşkil olunacaq beynəlxalq turlarla bağlı qanunlara xitam verilməsi qərara alınıb.

  Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanı daha da təcrid edəcək bu son qərarın gözlənilməz olmadığını bildirib.

  Nazirlikdən verilən açıqlamada yazılıb: “Şimali Koreyanın birtərəfli qərarı ilə müqavilələr etibarsız sayıla bilməz. Rəsmi Pxenyanın qərarına dərhal cavab verməyi planlaşdırmırıq.

  Xatırladaq ki, Şimali Koreya Ali Xalq Məclisi 2024-cü il yanvarın ortalarında Cənubi Koreya ilə əlaqələrin idarə olunmasına cavabdeh əsas dövlət qurumları olan Sülh Məsləhətli Birləşmə Komitəsi, Milli İqtisadi Əməkdaşlıq Bürosu və Beynəlxalq Turizm Administrasiyasını ləğv etdiyini elan edib.

  Ölkə başçısı Kim Çen İn həmçinin Cənubi Koreyanı "dəyişməz baş düşmən" kimi təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını istəyib.



Әlaqәli Xәbәrlәr