Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketini aktivləşdirməyi planlaşdırır

Belçikanın xarici işlər naziri Hadja Lahbib "Aİ Ukraynaya kömək etməklə yanaşı, fevralın 24-də Rusiyaya qarşı 13-cü sanksiya paketini də aktivləşdirməyi planlaşdırır" deyib.

2098853
Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketini aktivləşdirməyi planlaşdırır

"Aİ Ukraynaya kömək etməklə yanaşı, fevralın 24-də Rusiyaya qarşı 13-cü sanksiya paketini də aktivləşdirməyi planlaşdırır".
Bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib deyib.

Belçikalı nazir vurğulayıb ki, Ukraynaya bir milyon 155 millimetrlik güllə tədarük etmək öhdəliyini yerinə yetirmək üçün Kiyevə döyüş sursatı və raketlərin tədarükü sürətləndirilməlidir. 
"Hazırda bu məqsədə çatmaqdan uzağıq. Hesablamalara görə, mart ayına qədər təxminən 524 min güllə göndəriləcək ki, bu da hədəfimizdən xeyli aşağıdır. Biz əlavə addımlar atmalı və hasilatı artırmalıyıq" -deyə nazir qeyd edib. 

"Politico"nun məlumatına görə, 13-cü sanksiya paketi ilə tətbiq ediləcək məhdudiyyətlər rus diplomatlarına təsir edə bilər. Diplomatların Aİ-də akkreditə olunduğu ölkədən çıxışına qadağa qoyula bilər.

12-ci sanksiya paketi dekabrın 18-də elan edilib. Paket Rusiyadan birbaşa və ya dolayı yolla almaz idxalını, həmçinin ikili təyinatlı malların, mayeləşdirilmiş propan, mis və alüminium məftil, litium batareyaları, habelə pilotsuz uçuş aparatlarının komponentlərinin Rusiyaya satışını qadağan edirdi.

Yeni sanksiya paketinin qəbulu üçün bütün Aİ ölkələrinin yekdilliyi tələb olunur.



Әlaqәli Xәbәrlәr