Dmitri Peskov: “Türkiye bizim mühüm ticari və iqtisadi tərəfdaşımızdır”

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, prezident Vladimir Putinin Türkiyeyə səfəri zamanı iqtisadi və ticari əlaqələr müzakirə olunacaq.

2098390

“Türkiye bizim mühüm ticari və iqtisadi tərəfdaşımızdır”,-deyə Dmitri Peskov vurğulayıb.
Dmitri Peskov Vladimir Putinin bu ay Türkiyeyə gözlənilən səfəri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.
Səfər zamanı Türkiyedə qaz mərkəzinin yaradılması üçün yol xəritəsi, Türkiye ilə Rusiya arasında ortaq bankın yaradılması kimi məsələlərin müzakirə olunub-olunmayacağı sualını cavablandıran Dmitri Peskov deyib: “Bütün bu məsələlər gündəmdə olacaq”.
Türkiye ilə Rusiya arasındakı ticari və iqtisadi əlaqələrin bütün aspektlərinin müzakirə ediləcəyini açıqlayan Dmitri Peskov deyib::
"Türkiye bizim mühüm ticari və iqtisadi tərəfdaşımızdır. Bu əlaqələrin bütün detalları gündəmdə olacaq". 
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Vladimir Putinin fevralda Türkiyeyə səfəri üçün hazırlıqların aparıldığını bildirmişdi.

Әlaqәli Xәbәrlәr