Pakistanda silahlıların hücumu nəticəsində azı 10 polis əməkdaşı ölüb

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis idarəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

2097555

Milli mətbuatda yer alan xəbərlərə görə, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.

Hücumda 10 polis əməkdaşı həyatını itirib, 6-sı yaralanıb.

Gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlıların hücumları artır.

İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir.

Əfqanıstan isə Pakistanın iddialarını rədd edir və onların bu ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını müdafiə edir.

Әlaqәli Xәbәrlәr