ABŞ və Yəmən rəsmilərinin görüşü olub

Toplantıda Yəmənin xarici işlər naziri Avad bin Mübarək də iştirak edib.

2097578
ABŞ və  Yəmən rəsmilərinin görüşü olub

Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin müavini Barbara Leaf ilə Yəmənin bir hissəsinə nəzarət edən husilərin Qırmızı dənizdə və Ədən körfəzindəki hücumlarını müzakirə edib.

Yəmənin rəsmi agentliyi SABA-nın xəbərinə görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Alimi və B.Leafın bir araya gəldiyi toplantıda Yəmənin xarici işlər naziri Avad bin Mübarək də iştirak edib.

Bildirilib ki, görüşdə husilərin Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq yük gəmilərinə hücumları ilə dünyanın ən böyük humanitar böhranlarından birinin yaşandığı Yəməndə xalqın həyat şəraiti müzakirə edilib.

Qeyd olunub ki, görüş zamanı Alimi xəbərdarlıq edib ki, “İran silahlarının və qaçaqmalçılıq yolu ilə husilərə və onlarla əlaqədə olan terror təşkilatlarına davamlı vəsait axını beynəlxalq sülh və təhlükəsizlik üçün riskdir.



Әlaqәli Xәbәrlәr