Husilər İsrailə raketlə hücum edib

İranın dəstəklədiyi husilər İsrailin Eylat bölgəsindəki müəyyən hədəflərə çox sayda ballistik raketlə hücum etdiklərini açıqlayıb.

2096996
Husilər İsrailə raketlə hücum edib

İranın dəstəklədiyi husilər İsrailin Eylat bölgəsindəki müəyyən hədəflərə çox sayda ballistik raketlə hücum etdiklərini açıqlayıb.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri  rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda İsrailin cənubundakı Eylat şəhərinə hücumla bağlı məlumat verib.
Seri deyib: "İşğal altındakı Fələstinin cənubundakı Um Raşraş bölgəsində düşmən İsrailin müəyyən hədəflərinə çox sayda ballistik raketlə hücum etdik. Qəzzada atəşkəs elan edilənə və fələstinlilərə qarşı tətbiq edilən blokadaya son qoyulana qədər hərbi əməliyyatları davam etdirəcəyik''.
İsrail ordusundan verilən açıqlamada Qırmızı dənizdən ölkə ərazisinə yaxınlaşan raketin “Arrow-3” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib.


Etiketlәr: #hücum , #raket , #İsrail , #İran , #husilər

Әlaqәli Xәbәrlәr