Co Bayden: ''Bu gün ABŞ-a aid hərbi bazaya edilən hücuma lazımi cavabı verməyə başladıq''

ABŞ prezidenti Co Bayden hərbi bazaya edilən hücuma bu gün cavab verməyə başladıqlarını və bu hərbi cavabın  seçdikləri vaxt və yerlərdə davam edəcəyini açıqladı.

2096909

ABŞ prezidenti Co Bayden yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika hərbi bazasına edilən hücumla bağlı açıqlama verib.
Co Bayden 3 ABŞ əsgərinin öldüyü hücumun İran İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi qruplaşmalar  tərəfindən həyata keçirildiyini ifadə edərək  sözügedən əsgərlərin dəfn mərasiminə qatıldığını bildirib.
Bu hücuma verdikləri cavabla bağlı Co Bayden deyib:"Bu gün günorta mənim göstərişimlə ABŞ ordusu Suriya və İraqdakı İran İnqilab Keşikçiləri Korpusu və onların dəstəklədiyi qruplaşmalara aid hədəfləri vurdu. Hücuma bu gün cavab verməyə başladıq və bu cavab seçdiyimiz vaxt və yerlərdə davam edəcək''.
ABŞ-ın Yaxın Şərqdə hərbi münaqişə istəmədiyini  qeyd edən Co Bayden Amerika əsgərlərini hədəf alanlara cavab verəcəklərini vurğulayıb.

Etiketlәr: #hücum , #İraq , #Suriya , #Co Bayden

Әlaqәli Xәbәrlәr