Qəzzadakı qətliamın qarşısını almaq üçün diplomatik səylər davam etdirilir

İsrailin Qəzzada törətdiyi qətliamların qarşısını almaq üçün diplomatik səylər davam etdirilir.

2096517
Qəzzadakı qətliamın qarşısını almaq üçün diplomatik səylər davam etdirilir

İsrailin Qəzzada törətdiyi qətliamların qarşısını almaq üçün diplomatik səylər davam etdirilir.
Qətər İsrail tərəfinin yeni əsir mübadiləsi və atəşkəs təklifini təsdiqlədiyini və ''Həmas''ın da bunu müsbət qarşıladığını deyib.
Fransanın paytaxtı Parisdə Qətər, Amerika, İsrail və Misir rəsmiləri arasında keçirilən görüşlərə işarə edən Qətər Xarici İşlər Nazirliyi İsrailin atəşkəs təklifini qəbul etdiyini və ''Həmas''ın da bunu müsbət qarşıladığını açıqlayıb.
Nazirliyin açıqlamasında bu ifadələrə yer verilib:"Ümid edirik ki, yaxın bir neçə həftə ərzində bununla bağlı yaxşı xəbərlər paylaşa biləcəyik".
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
İsrailin eyni tarixdən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 11 mini uşaq və 8 mini qadın olmaqla 27019 fələstinli həlak olub.



Әlaqәli Xәbәrlәr