Türkiye Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq dəstəyi verib

Türkiye Əfqanıstanın paytaxtı Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq dəstəyi verib.

2096228
Türkiye Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq dəstəyi verib

Türkiye Əfqanıstanın paytaxtı Kabildəki Atatürk Uşaq Xəstəxanasına tibbi avadanlıq dəstəyi verib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Kabil ofisi tərəfindən verilən 50 xəstə çarpayısı, 10 monitor, 1 DC-40 Mindrey ultrasəs sistemi aparatı və müxtəlif tibbi ləvazimatlar xəstəxana səlahiyyətlilərinə çatdırılıb.

Əvvəllər Əfqanıstan hökuməti tərəfindən inşa edilən, lakin imkansızlıq üzündən yarımçıq qalan xəstəxana Türkiyenin dəstəyi ilə 2001-ci ildə tamamlanaraq Atatürk Uşaq Xəstəxanası adı ilə fəaliyyətə başlayıb.

TİKA Kabil Ofisi zaman-zaman dəstək verərək xəstəxananın imkanlarının artırılmasına töhfə verir.



Әlaqәli Xәbәrlәr