Kral ölmədi, amma yaşasın yeni kral
65 yaşlı sultanın tacqoyma mərasimi daha sonra keçiriləcək
Malayziyanın fırlanan monarxiya sistemində Cohor Sultan İbrahim İskəndər 5 il müddətinə yeni kral kimi and içdi.
Milli Sarayda digər kral ailə üzvləri, baş nazir Ənvər İbrahim və kabinet üzvlərinin iştirak etdiyi mərasimdə Sultan İbrahim and içərək rəsmi sənədi imzalayıb.
65 yaşlı sultanın tacqoyma mərasimi daha sonra keçiriləcək.
Cohor sultanı vəzifəsini icra edən Sultan İbrahim daşınmaz əmlakdan telekommunikasiyaya qədər bir çox sahədə qurduğu bizneslərlə ölkənin ən zəngin adamlarından biri kimi tanınır.
Qeyd edək ki, Malayziyada kralın səlahiyyət müddəti bitdikdən sonra toplanan Hökmdarlar Konfransı yeni kralı seçir. Qanuna uyğun olaraq, Malayziya Krallığı Qubernatorlar Konfransının üzvü olan 9 dövlət arasından növbə ilə müəyyən edilir. Yetkinlik yaşına çatmaması, konfrans üzvlərinin razılığını almaması, taxta çıxmaq istəməməsi kimi müstəsna hallarda şahzadə taxta çıxa, dövlətin sultanı ola bilməz.
2023-cü ilin oktyabr ayında Hökmdarlar Konfransının qəbul etdiyi qərara əsasən, Sultan İbrahim İskəndər yeni kral seçilib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.