İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı açıqlandı

2023-cü il oktyabrın 7-dən bu yana İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı 26900-ə çatıb.

2095775

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin Qəzza zolağına 117 gündür davam edən hücumları ilə bağlı məlumat verib. İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 150 fələstinlini öldürdüyünü, 313 fələstinlini də yaraladığını bildirən Kudra 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 26900, yaralıların sayının isə 65 945-a yüksəldiyini qeyd edib.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğunu, lakin həkim briqadaları və mülki müdafiə əməkdaşlarının cəsədlərin olduğu bölgəyə gedə bilmədiyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr