Co Bayden gündəmdəki aktual mövzuları qiymətləndirib

ABŞ prezidenti Co Bayden jurnalistlərin gündəmdəki aktual mövzularla bağlı suallarını cavablandırıb.

2095340
Co Bayden gündəmdəki aktual mövzuları qiymətləndirib

Amerika bazasına edilən hücuma görə İranın məsuliyyət daşıdığını bildirən Co Bayden deyib: “Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur, biz bunu istəmirik''.
ABŞ prezidenti Co Bayden jurnalistlərin gündəmdəki aktual mövzularla bağlı suallarını cavablandırıb.
Co Bayden İordaniya-Suriya sərhədindəki Amerika bazasına edilən hücuma necə cavab verəcəklərinə qərar verdiklərini bildirib.
Hücuma görə İranın məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı sualı cavablandıran Co Bayden deyib:''Hücumu törədənlərə silah vermələri mövzusunda İranın məsuliyyət daşıdığını düşünürəm. Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur, biz bunu istəmirik''.
ABŞ prezidenti Co Bayden həftə sonu Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücumla bağlı son iki gündə üç dəfə Milli Təhlükəsizlik Şurasını toplayıb və ölkəsinin bu hücuma necə cavab verəcəyini qiymətləndirmişdi.
İordaniya-Suriya sərhədindəki “Qüllə 22” bazasına edilən hücumda 3 ABŞ əsgərinin öldüyü, azı 34 nəfərin yaralandığı açıqlanmışdı.


Etiketlәr: #İran , #ABŞ , #Co Bayden

Әlaqәli Xәbәrlәr