Kanada Türkiyeyə qarşı silah məhdudiyyətlərini ləğv edib

Kanada hökuməti Türkiyeyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərinə son qoyduğunu açıqlayıb.

2094943

Hökumətin rəsmi internet saytında ixracat reallaşdıran şirkətlərə verilən məlumatda məhdudiyyətlərin artıq qüvvədə olmadığı bildirilib.

Açıqlamada xatırladılıb ki, 16 aprel 2020-ci il tarixindən müdafiə sənayesi ilə bağlı bəzi məhsulların Türkiyeyə ixracı barədə müraciətlər üçün rədd siyasəti həyata keçirilməyə başlanılıb.

Bu qərarın verildiyi tarixdən etibarən ehtimal edilən rədd siyasəti artıq qüvvədə deyil.

Sursat siyahısı da daxil olmaqla ixracatçı qruplar tərəfindən Türkiyeyə ediləcək ixrac və broker icazələri üçün müraciətlərin Kanadanın risk qiymətləndirmə çərçivəsi daxilində indi ayrı-ayrılıqda araşdırılacağı qeyd edilib.

Qeyd edək ki, Kanada hökuməti Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına qarşı 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Dağlıq Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu üçün Türkiyeyə silah embarqosu qoyub.

Әlaqәli Xәbәrlәr