ASEAN XİN başçılarının iclası keçirilib

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Laosda bir araya gələrək Çinin Cənubi Çin dənizindəki mövqeyini və Myanmadakı son hadisələri müzakirə ediblər.

2094987
ASEAN XİN başçılarının iclası keçirilib

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Laosda bir araya gələrək Çinin Cənubi Çin dənizindəki mövqeyini və Myanmadakı son hadisələri müzakirə ediblər.
ASEAN-ın rəsmi internet səhifəsində edilən paylaşımda Laosun ev sahibliyində "Bağlantı və dayanıqlığın təkmilləşdirilməsi" mövzusunda keçirilən iclasın təfərrüatları yer alıb.
İclas zamanı xarici işlər nazirləri Cənubi Çin dənizindəki mübahisələr, dəniz təhlükəsizliyi və Çinin hərəkətlərini, həmçinin Myanmadakı son hadisələri müzakirə ediblər.
İndoneziya xarici işlər naziri Retno Marsudi ASEAN-ın Myanma ilə bağlı  5 bəndlik yol xəritəsini alqışladıqlarını bildirib.
Marsudi həmçinin ABŞ, İngiltərə və Kanada da daxil olmaqla bəzi ölkələrin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) verdiyi maliyyə dəstəyi dayandırmaq qərarından təəssüfləndiklərini qeyd edib.
Qeyd edək ki, Myanmanı toplantıda yüksək vəzifəli rəsmi Dav Malar Than Htaik təmsil edib


Etiketlәr: #Myanma , #Çin , #ASEAN

Әlaqәli Xәbәrlәr