Husilər Ədən körfəzində ABŞ gəmisini hədəf alıb

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ-ın donanma gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

2094600
Husilər Ədən körfəzində ABŞ gəmisini hədəf alıb

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ-ın donanma gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Husilərin hərbi sözçüsü Yəhya Seri "X" sosial media platformasında etdiyi paylaşımda Husi qüvvələrinin Yəmənin cənubunda Ədən körfəzində həyata keçirdiyi hücumla bağlı məlumat verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Lewis B Puller" gəmisini "uyğun dəniz raketi" ilə hədəfə aldıqlarını ifadə edən Y.Seri sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab vermək üçün edildiyini bildirib.

Paylaşımda "Gəminin vəzifələrinə ölkəmizə qarşı hücumda iştirak edən ABŞ qüvvələrinə logistik dəstək göstərmək daxildir" deyilib. Həmçinin Qəzzada hücumlar dayandırılana və blokada qaldırılana qədər İsrailə məxsus və ya İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr