Dünyanın ən böyük kruiz gəmisi

BBC-nin xəbərinə görə ...

2094327
Dünyanın ən böyük kruiz gəmisi

 

  Dünyanın ən böyük kruiz gəmisi "Dənizlərin ikonası" ilk səyahətinə ABŞ-ın Florida ştatındakı Mayami limanından başladı.

  BBC-nin xəbərinə görə, “Royal Caribbean” kruiz şirkətinə aid 365 metr uzunluğunda və təxminən 250 min ton ağırlığında olan gəmi Mayamidən 7 günlük Karib turuna çıxıb.

  Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 2 milyard dollara inşa edilən dünyanın ən böyük kruiz gəmisi 7600 sərnişin daşıma gücünə malikdir.

  Digər tərəfdən, ekoloqlar mayeləşdirilmiş təbii qazla (LNG) işləyən dünyanın ən böyük gəmisinin havaya zərərli metan qazı sızacağı ilə bağlı xəbərdarlıq ediblər.

  “Royal Caribbean” gəminin Beynəlxalq Dəniz Təşkilatının müasir gəmilər üçün nəzərdə tutduğundan 24 faiz daha çox enerjiyə qənaət etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr