Co Baydenin çıxışı növbəti dəfə kəsildi

C.Baydenin Virciniya ştatında seçki tədbirində çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən dəfələrlə kəsildikdən bir gün sonra paytaxt Vaşinqtonda da eyni şey baş verib ...

2093394
Co Baydenin çıxışı növbəti dəfə kəsildi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin iştirak etdiyi seçki tədbirində çıxışı növbəti dəfə Fələstin tərəfdarı etirazçılar tərəfindən kəsilib.

  C.Baydenin Virciniya ştatında seçki tədbirində çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən dəfələrlə kəsildikdən bir gün sonra paytaxt Vaşinqtonda da eyni şey baş verib: avtomobil istehsalçıları birliyinin tədbirində çıxışı zamanı səslərini ucaldan etirazçılar prezidentə “Qəzzada atəşkəs” deyə bağırıblar.

  Bir qrup etirazçı da tədbirin keçirildiyi otelin qarşısına toplaşıb. Onlar Fələstin bayraqları və Qəzzada dərhal atəşkəs tələbi ilə bağlı şüarlar səsləndiriblər.

  Xatırladaq ki, Co Baydenin yanvarın 23-də Virciniya ştatında iştirak etdiyi seçki toplantısındakı çıxışı Fələstin tərəfdarı nümayişçilər tərəfindən "Soyqırımı maliyyələşdirməyi dayandırın" şüarları səsləndirərək dəfələrlə kəsilmişi.



Әlaqәli Xәbәrlәr