Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket buraxıb

Qanadlı raketlər yerli vaxtla səhər saat 7:00 radələrində buraxılıb. Raketlərin sayı və onların uçuş parametrləri barədə məlumat verilmir.

2092685
Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket buraxıb

Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket buraxıb.

Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargahı açıqlama yayıb. Qanadlı raketlər yerli vaxtla səhər saat 7:00 radələrində buraxılıb. Raketlərin sayı və onların uçuş parametrləri barədə məlumat verilmir. Bu, Şimali Koreyanın cari ildə ilk qanadlı raket buraxılışıdır.

Qərargah Şimali Koreyanın hərbi aktivliyinin diqqətdə saxlanıldığını və məsələyə dair ABŞ hərbçiləri ilə əlaqələndirmə aparıldığını açıqlayıb.

Açıqlamada "Qurudan atıldığı təxmin edilən və sayı açıqlanmayan Hvasal-1 və ya Hvasal-2 tipli raketlərin qısa mənzilli olmadığı" bildirilib.

Qeyd edək ki, Şimali Koreya xəbər agentliyinin (KCNA) yanvarın 19-da verdiyi xəbərə görə, inkişaf etdirilmə mərhələsində olan “Haeil-5-23” sualtı nüvə silahı sistemi də ölkədə sınaqdan keçirilib.

 



Әlaqәli Xәbәrlәr