Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 7,0 bal gücündə zəlzələ baş verib

Zəlzələdən sonra bölgədə ən böyüyü 5,3 bal gücündə olan afterşoklar qeydə alınıb.

2092027
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 7,0 bal gücündə zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 7,0 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti tərəfindən 7 bal və Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) tərəfindən 7,1 bal olaraq elan edilən zəlzələnin mərkəzi Aykol qəsəbəsində, Qırğızıstan və Qazaxıstan sərhədi yaxınlığındakı dağlıq bölgədə və 22 kilometr dərinlikdə baş verib. 
Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələ məlumat verilməsə də, yerli vaxtla saat 03:00-a (Türkiye vaxtı ilə saat 22:00) olan məlumata görə, zəlzələnin episentrindən 20 kilometr uzaqlıqda yerləşən 20 kənddə iki ev və bəzi tövlələr dağılıb.

Zəlzələdən sonra bölgədə ən böyüyü 5,3 bal gücündə olan afterşoklar qeydə alınıb.

Aksu şəhər mərkəzi ilə yanaşı Sincan-Uyğur Muxtar Bölgəsinin Kaşqar, Hotan və Urumçi şəhərlərini də əhatə edən zəlzələ bölgə ölkələrində, xüsusilə Qırğızıstan, Qazaxıstan və Özbəkistanda da hiss olunub.



Әlaqәli Xәbәrlәr