Livanın cənubuna SİHA-larla hücum edilib

İsrailin Livanın cənubunda bir avtomobilə pilotsuz təyyarə ilə hücum təşkil etdiyi, 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.

2091515
Livanın cənubuna SİHA-larla hücum edilib

İsrailin Livanın cənubunda bir avtomobilə pilotsuz təyyarə ilə hücum təşkil etdiyi, 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.

Livan mətbuatında yer alan xəbərə görə, yanvarın 21-də ölkənin cənubundakı Kafradakı Livan hərbi nəzarət məntəqəsi yaxınlığında bir avtomobilə pilotsuz təyyarə ilə hücum edildiyi, hücum nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı qeyd edilib. 

Livan-İsrail sərhədinin təxminən 8 kilometrliyində həyata keçirildiyi bildirilən hücumda bir avtomobilin məhv edildiyi, digərinin isə alovlandığı bildirilib.

İsrail mediasının təhlükəsizlik mənbələrinə əsaslanan xəbərlərində, hücumda iki Hizbullah üzvünün öldürüldüyü, birinin isə qaça bildiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr