Qəzzada didərgin düşən qadınların sayı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qadın şöbəsinin dərc etdiyi hesabata görə ...

2091247
Qəzzada didərgin düşən qadınların sayı

 

  İsrailin hücumu altında Qəzzada didərgin düşən 1,9 milyon adamın təxminən 1 milyonunun qadın olduğu bildirilir.

  Birləşmiş Millətlər Təşkilatı (BMT) Qadın şöbəsinin dərc etdiyi hesabata görə, təxminən 2,3 milyon əhalisi olan Qəzzada 1,9 milyon adam didərgin düşüb. Onların 1 milyona yaxını qız və qadındır.

  İsrailin hücumları zamanı Qəzzada hər saat iki ananın öldüyünə diqqət çəkən hesabatda təxminən 10 min uşağın atalarını itirdiyi təxmin edilir.

  BMT İnsan Haqları üzrə Ali Komissarlığının işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Acit Sunqey (Ajith Sunghay) BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib: "Qəzzada daha bir şokedici dönüş nöqtəsinə çatırıq. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 25 min adam ölüb ki, bunların 70 faizi qadın və uşaqlardır”.

  Xatırladaq ki, Fələstin Müqavimət Hərəkatı – “Həmas”ın silahlı qanadı olan İzzəddin əl-Qəssam birlikləri İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, başda Əqsa məscidi və digər davamlı pozuntuları”na cavab olaraq 2023-cü il oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail ordusu da Qəzza zolağına hücum edərək havadan bombardmana başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölü və yaralı var. Humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.



Әlaqәli Xәbәrlәr