Avropa nazirləri Yaxın Şərqdə iki dövlətli həll üçün bir araya gəlir

İsrail baş naziri Binyamin Netanyahunun Fələstin adlı bir dövlətin qurulmasına qarşı olmasına baxmayaraq ...

2091418
Avropa nazirləri Yaxın Şərqdə iki dövlətli həll üçün bir araya gəlir

 

  İsrail baş naziri Binyamin Netanyahunun Fələstin adlı bir dövlətin qurulmasına qarşı olmasına baxmayaraq Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Yaxın Şərqdə iki dövlətli həll üçün 22 yanvarda Belçikanın paytaxtı Brüsseldə bir araya gəlir.

  Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell son açıqlamalarında iki dövlətli həllin yeganə çıxış yolu olduğunu söyləyib və Netanyahunu bunun qarşısını almağa çalışmaqda günahlandırıb.

  C.Borrell yanvarın 19-da İspaniyanın Valyadolid Universitetində “Fəxri doktor” adını alarkən verdiyi son açıqlamasında belə deyib: “İsrail bunu rədd etməkdə israr etsə də, biz inanırıq ki, iki dövlətli həll beynəlxalq ictimaiyyətin təzyiqi ilə sülh gətirəcək.

  İsrail və Fələstin təkbaşına razılığa gələ bilməyəcək qədər bir-birinə qarşıdır. Ərəb dünyası, Avropa, ABŞ və bütün BMT-ni iki dövlətli həll yolunu təşviq etməyə çağırırıq”.

  Aİ xarici işlər nazirləri yanvarın 22-də Brüsseldə ilin ilk iclasında İsrail, Fələstin, Misir, İordaniya, Səudiyyə Ərəbistanının xarici işlər nazirləri və Ərəb Liqasının baş katibi ilə bir araya gələcəklər. Toplantıda yaxın aylarda Yaxın Şərqdə iki dövlət həlli üçün beynəlxalq sülh konfransının keçirilməsinə hazırlıq məsələləri də müzakirə olunacaq.

  İclasın gündəmində həmçinin Aİ-nin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılığa əl atan qeyri-qanuni yəhudi məskunlaşanlara qarşı sanksiyalar tətbiq etməyə hazırlığı da danışılacaq.



Әlaqәli Xәbәrlәr