NATO “Sarsılmaz Müdafiəçi 2024” təliminə başlayır
NATO-nun Soyuq müharibə dövründən (1947-1991) sonra ən böyük hərbi təlimi olan “Sarsılmaz Müdafiəçi 2024”ün gələn həftə başlayacağı açıqlanıb.
NATO-nun Soyuq müharibə dövründən (1947-1991) sonra ən böyük hərbi təlimi olan “Sarsılmaz Müdafiəçi 2024”ün gələn həftə başlayacağı açıqlanıb.
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Kristofer Kavoli Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Baş Qərargah Rəisləri Toplantısından sonra mətbuata açıqlama verib.
General Kristofer Kavoli bildirib ki, 31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlim mayın sonuna qədər davam edəcək.
"Alyans təlim çərçivəsində Avro-Atlantik məkanı möhkəmləndirmək qabiliyyətini nümayiş etdirəcək", - Kristofer Kavoli bildirib.
Әlaqәli Xәbәrlәr
Ağ Ev: ‘‘Co Bayden G7 sammitindә iştirak edәcәk’’
ABŞ prezidenti Co Bayden İtaliyada keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.