Sudanda 7,7 milyon insan məcburi köçkün vəziyyətinə düşüb

Aprel ayından bəri müharibənin davam etdiyi Sudanda 7,7 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.

2090245
Sudanda 7,7 milyon insan məcburi köçkün vəziyyətinə düşüb

Aprel ayından bəri müharibənin davam etdiyi Sudanda 7,7 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.
BMT-nin (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Pope verdiyi açıqlamada beynəlxalq ictimaiyyəti maliyyələşdirmə səylərini sürətləndirməyə və 9-aydır davam edən müharibənin qurbanı olmuş milyonlarla mülki vətəndaşı görməzlikdən gəlməməyə çağırıb. 
"Sudanda yaşanan böhranına görə artan ehtiyacları ödəmək üçün koordinasiyalı və davamlı humanitar müdaxiləyə ehtiyac var" deyən Emi Pope aprelin 15-dən bəri Sudanda ordu ilə müqavimət qüvvələri (HDK) arasında davam edən qarşıdurma səbəbindən 7,7 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.

Emi Pope bildirib ki, onlardan 6 milyonu məcburi köçkün vəziyyətinə  düşüb, 1,7 milyondan çox sudanlı isə qonşu ölkələrə (Cənubi Sudan, Çad, Efiopiya, Mərkəzi Afrika Respublikası və Liviyaya) qaçıb.
"Sudanda atəşkəs təmin edilməlidir ki, insanlar öz həyatlarını  yenidən qura bilsinlər. Biz bu cür dağıdıcı münaqişələrdən əziyyət çəkən milyonlarla insanın iztirablarını görməzlikdən gəlməməliyik'' deyən Pope Sudana humanitar yardımların və dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
BMT-nin Miqrasiya Təşkilatı 2024-cü ildə  Sudandakı münaqişədən zərər çəkmiş 1,2 milyon insanı dəstəkləmək üçün 307 milyon dollara ehtiyac olduğunu açıqlayıb.

Sudanda 9 aydır Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın komandanlığındakı ordu ilə müqavimət qüvvələri (HDK) arasında şiddətli toqquşmalar yaşanır.
Hərbi və təhlükəsizlik islahatları çərçivəsində müqavimət qüvvələrinin orduya inteqrasiya məsələsi  səbəbindən ordu ilə müqavimət qüvvələri arasında fikir ayrılığı yaranıb. Beləliklə 2023-cü ilin  aprel ayında ölkədə vətəndaş müharibəsi başlayıb.
BMT-nin məlumatına görə, münaqişələrdə 12 mindən çox insan həyatını itirib, 7,7 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb.


Etiketlәr: #köçkün , #BMT , #Sudan

Әlaqәli Xәbәrlәr