Pakistanın həyata keçirdiyi raket hücumunda 7 nəfər həyatını itirib

İran Pakistan tərəfindən sərhəd bölgəsində bir kəndə həyata keçirilən raket hücumunda 3-ü qadın, 4-ü uşaq olmaqla 7 nəfərin həyatını itirdiyini açıqlayıb.

2090143

İran dövlət televiziyasına açıqlama verən Sistan-Bəlucistan əyalət valisinin müavini Əli Rza Mərhaməti bildirib ki, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket hücumu edib.

İran rəsmisi “Bu hücumda iranlı olmayan 3 qadın və 4 uşaq həyatını itirib” deyib.

Vilayətin Seravan şəhərində də partlayış baş verdiyini bildirən Mərhaməti orada can itkisinin qeydə alınmadığını bildirib.

Pakistan Xarici İşlər Nazirliyi İranın Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı yüksək koordinasiyalı və xüsusi hədəfə alınmış həssas hərbi hücumların həyata keçirildiyini açıqlayıb.

Açıqlamada Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı silsilə həssas hərbi əməliyyatların həyata keçirildiyi, kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat zamanı çoxlu sayda “terrorçu”nun öldürüldüyü bildirilib.

Әlaqәli Xәbәrlәr