Nigeriyada partlayış, ölənlər var

Nigeriyanın Oyo əyalətində baş verən partlayışda 2 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilib.

2090052
Nigeriyada partlayış, ölənlər var

Nigeriyanın Oyo əyalətində baş verən partlayışda 2 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilib.
Oyo əyalətinin qubernatoru Seyi Makinde partlayışın baş verdiyi bölgəyə  baş çəkib və hadisə ilə bağlı məlumat alıb.
Makinde səfərdən sonra verdiyi açıqlamada partlayış nəticəsində  2 nəfərin həyatını itirdiyini, 77 nəfərin də yaralandığını qeyd edib.
Partlayışla bağlı araşdırmaların davam etdiyini bildirən Makinde bu mövzuda günahı olan hər kəsin məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.
Oyo əyalətinin paytaxtı İbadanda baş verən partlayışda bir çox evə ziyan dəyib, çox sayda avtomobil yanıb.


Etiketlәr: #partlayış , #Nigeriya

Әlaqәli Xәbәrlәr