BMT: İsrail Qəzzanın şimalına yanacaq daşınmasına icazə vermir

BMT Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olan İsrailin Qəzzanın şimalına dərman və suyun vurulması üçün lazım olan yanacağın daşınmasına icazə vermədiyini açıqlayıb.

2089440
BMT: İsrail Qəzzanın şimalına yanacaq daşınmasına icazə vermir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olan İsrailin Qəzzanın şimalına dərman və suyun vurulması üçün lazım olan yanacağın daşınmasına icazə vermədiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) tərəfindən Qəzza zolağındakı vəziyyətlə bağlı dərc edilən gündəlik yazılı hesabatda İsrail səlahiyyətlilərinin təmiz su və tullantı su sistemlərini işə salmaq üçün lazım olan yanacaq və dərman daşımalarının Qəzzaya girişini əngəllədiyi bildirilib. 

“Su, tullantıların təmizlənməsi və gigiyena üçün yanacağın olmaması sağlamlıq riskini və ekoloji təhlükələri artırır, dərman çatışmazlığı isə qismən fəaliyyət göstərən 6 xəstəxananın funksional imkanlarını zəiflədib. Yanvarın əvvəlindən Qəzzanın şimalındakı su obyektlərinə yanacaq və materialların verilməsi üçün 19 yardım təşəbbüsündən yalnız birinə icazə verilib" hesabatda qeyd olunub.

İsrail qüvvələri tərəfindən humanitar yardımların qarşısının alındığı Qəzza zolağında ilkin ehtiyaclar, eləcə də dərman və sağlamlıq ləvazimatları çatışmazlığı, yaralıların müalicəsində böyük çətinliklər yaşanır.

Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

OCHA-nın yanvarın 12-də açıqladığı hesabatda ilin ilk 10 günündə Qəzza zolağının şimalına planlaşdırılan 21 humanitar yardımın yalnız 3-nə icazə verildiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Orta Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) də Qəzzada vəziyyətin görünməmiş səviyyədə pisləşdiyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti" dərhal humanitar atəşkəs"ə çağırıb.



Әlaqәli Xәbәrlәr