Türkiyə İsrailə qarşı soyqırım prosesini izləmək üçün beynəlxalq məhkəmədə

Türkiyə parlamenti ədliyyə komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Cüneyt Yüksel sözügedən mövzu ilə bağlı deyib ...

2087788
Türkiyə İsrailə qarşı soyqırım prosesini izləmək üçün beynəlxalq məhkəmədə

 

  Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım məhkəməsi işinin ilk iclasını izləmək üçün Hollandiyanın Haaqa şəhərində səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində başlayan prosesin tez tamamlanmasını və ədalətin zaman keçmədən bərqərar olmasını istədiklərinin bildirib.

  Türkiyə parlamenti ədliyyə komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Cüneyt Yüksel sözügedən mövzu ilə bağlı deyib: “Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə etdiyi müraciəti müsbət qarşıladıq. Başlanan bu prosesə Türkiyə xalqı adından dəstəyimizi bir daha bəyan edirik. Bu prosesin ən qısa zamanda tamamlanmasını və ədalətin bərqərar olmasını istəyirik.

  Türkiyə olaraq nə hakimiyyət orqanlarımız, nə də vətəndaş cəmiyyətimiz heç vaxt bu zülmün tərəfdarı olmayacaq. İsrailin mülki şəxsləri hədəf alan vəhşi hücumlarına tez bir zamanda son qoyulması və məsuliyyət daşıyanların cavab verməsini tələb edirik.

  Görünən odur ki, Fələstin məsələsi ədalətlə həll olmazsa, regionumuzda daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Ona görə də bizim əsas gözləntimiz beynəlxalq ictimaiyyətin sülh üçün təcili və konkret addımlar atmasıdır. Türkiyə həll yolunda bütün səylərdə aktivdir, həmçinin əldə ediləcək yekun razılaşmanın həyata keçirilməsi zamanı qarant ölkə kimi məsuliyyəti öz üzərinə götürməyə hazırdır."



Әlaqәli Xәbәrlәr