Stefan Dujarrik: ''Antonio Quterreş Ekvadorda yaşanan olaylara görə narahatdır''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ekvadorda baş verən hadisələri pisləyib.

2087482
Stefan Dujarrik: ''Antonio Quterreş Ekvadorda yaşanan olaylara görə narahatdır''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ekvadorda baş verən hadisələri pisləyib.
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.
Stefan Dujarrik bildirib ki, Antonio Quterreş Ekvadorun BMT-dəki daimi nümayəndəsi ilə telefon danışığı aparıb.
"Baş katib ölkədə vəziyyətin pisləşməsinə görə narahatdır. Yaşanan olayları pisləyir və Ekvador xalqı ilə həmrəy olduğunu bildirir'',-deyə Stefan Dujarrik vurğulayıb.
Yaranmış vəziyyətlə bağlı BMT-dən heç bir yardım istəyi olmadığını bildirən Stefan Dujarrik, Quterreşin Ekvador hökumətinin vəziyyətdən çıxa biləcəyinə inandığını dilə gətirib.
Xatırladaq ki, Ekvadorun "TC Television" kanalının Quayaquil şəhərindəki studiyasına dünən canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqın edilib və əməkdaşları girov götürülüb.
Eyni zamanda, silahlı şəxslər Guayaquildə universitetə ​​hücum edərək bəzi tələbələri zorla saxlayıblar.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində canlı yayım zamanı televiziya studiyasına basqın edən 13 nəfər saxlanılıb.
Bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti "Fito" ləqəbli banda lideri Adolfo Macias Salazar və bir neçə məhbusun Guayas şəhərindəki həbsxanadan qaçmasından sonra yanvarın 9-da 60 gün davam edəcək fövqəladə vəziyyət elan etdi.



Әlaqәli Xәbәrlәr