Əfqanıstanda 6,4 bal gücündə zəlzələ baş verdi

ABŞ Geoloji Xidməti yerli vaxtla saat 13.52-də baş verən 6,4 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Jurm rayonu olduğunu bildirib

2087453
Əfqanıstanda 6,4 bal gücündə zəlzələ baş verdi

 

  Əfqanıstanın Bədəxşan rayonunda 6,4 bal gücündə zəlzələ baş verib.

  ABŞ Geoloji Xidməti yerli vaxtla saat 13.52-də baş verən 6,4 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Jurm rayonu olduğunu bildirib.

  Yerin 206 kilometr dərinliyində baş verən zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal rayonlarında, o cümlədən qonşu ölkələr Özbəkistan, Tacikistan və Pakistanda hiss olunub.

  Dağıntılarla bağlı hələlik açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr