Peru Ekvador sərhədində “Fövqəladə vəziyyət” elan edəcək

Perunun baş naziri Alberto Otarola bildirib ...

2086934
Peru Ekvador sərhədində “Fövqəladə vəziyyət” elan edəcək

  Peru Ekvadorda baş verən hadisələrlə əlaqədar sərhəddə “Fövqəladə vəziyyət” elan edəcək.

  Perunun baş naziri Alberto Otarola Ekvadorla sərhəddə yerləşən Piura və Tumbes şəhərlərində "Fövqəladə vəziyyət" elan edəcəklərini və quldur dəstələrinin fəal olduğu bu bölgələrə hərbi gücləndirici yardım edəcəklərini bildirib.

  Müdafiə və daxili işlər nazirləri ilə görüşlər keçirdiyini qeyd edən Alberto Otarola deyib: "Ölkənin bütün şimal sərhədi boyunca fövqəladə vəziyyət elan olunacaq. Piura və Tumbesdəki vətəndaşlarımızdan panikaya düşməmələrini və sakit olmalarını xahiş edirik."

  Peru Xarici İşlər Nazirliyindən verilən məlumatda Ekvadorda törədilən zorakılıq hərəkətləri pislənilib və Ekvador prezidenti Daniel Noboa hökuməti ilə həmrəy olduqları bildirilib.

  Argentina, Boliviya, Kolumbiya və Paraqvay da Ekvadorda dəstələrin törətdiyi zorakılığı pisləyib və Ekvador ilə həmrəy olduqlarını, hökumətə hər cür dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar.

  Qeyd edək ki, “TC Television” kanalının Ekvadorun Quayakil şəhərindəki studiyasına gecə canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqın edilib və əməkdaşları girov götürülüb. Silahlılar eyni vaxtda Quayaquildə universitetə ​​hücum edib və bir neçə tələbəni saxlayıblar.

  Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində canlı yayıma basqın edən 13 nəfər saxlanılıb, universitet nəzarətə alınıb.

  Neçə müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti “Fito” ləqəbli dəstə başçısı Adolfo Masias Salazar və bir neçə məhkumun Quayas şəhərindəki həbsxanadan qaçması və sonra polis maşınlarına bombalarla hücum edilməsindən sonra yanvarın 9-da 60 gün davam edəcək fövqəladə vəziyyət elan edib.



Әlaqәli Xәbәrlәr