Patrik Rayder: "İraqdakı əsgərləri çıxarmaq planımız yoxdur"

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əsgərlərini İraqdan çıxarmaq planlarının olmadığını bildirib.

2086176
Patrik Rayder: "İraqdakı əsgərləri çıxarmaq planımız yoxdur"

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əsgərlərini İraqdan çıxarmaq planlarının olmadığını bildirib.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Rayder "Hazırda (geri çəkilmək barədə) hər hansı plandan məlumatım yoxdur. DEAŞ-la mübarizə çərçivəsində yaradılmış Təbii Qərarlılıq Əməliyyatları Birgə Missiya Gücünə (CJTF-OIR) diqqət yetirməyə davam edirik" deyib.

Rayder İraq hökumətinin dəvəti ilə bölgədə olduqlarına diqqət çəkib.

Qeyd edək ki, yanvarda Bağdadda ABŞ-ın hava hücumu nəticəsində İrana yaxın "Həşdi Şabi"yə bağlı şiə milis qüvvələri olan Nuceba Hərəkatının liderlərindən “Əbu Təkva əl-Səidi” adlı şəxsin öldürüldüyü bildirilib. 

İraq hökuməti də daha sonra ABŞ rəhbərliyindəki terror təşkilatı DEAŞ 
 əleyhinə koalisiyanın hücuma görə məsuliyyət daşıdığını bildirib.

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani yanvarın 5-də verdiyi açıqlamada ABŞ-ın Bağdaddakı "Həşdi Şabi" qərargahına hücumunu pisləyib və deyib: “Hökumət olaraq koalisiya qüvvələrinin mövcudluğuna tamamilə son oymaq üçün ikitərəfli komissiyanın işinə başlamaq prosesindəyik" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr