Olaf Şolts Avropa İttifaqı ölkələrini Ukraynaya daha çox dəstək verməyə çağırıb

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) ölkələrini bu il Ukraynaya daha çox dəstək verməyə çağırıb.

2085905
Olaf Şolts Avropa İttifaqı ölkələrini Ukraynaya daha çox dəstək verməyə çağırıb

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) ölkələrini bu il Ukraynaya daha çox dəstək verməyə çağırıb.
Berlində Lüksemburqun Baş naziri Luk Frieden ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Olaf Şolts deyib: "Avropa İttifaqına  üzv ölkələrin əksəriyyətinin Ukraynaya indiyə qədər planlaşdırdığı silah tədarükü hər halda çox azdır. Ona görə də müttəfiqlərimizə Ukrayna ilə bağlı səylərini artırmaları ilə əlaqədar çağırış edirəm''.
Olaf Şolts vurğulayıb ki, Avropa Ukraynanın, azadlığın, beynəlxalq hüququn və dəyərlərin yanında olduğunu göstərməlidir.
Almaniyanın ABŞ-dan sonra Ukraynanın ən güclü dəstəkçisi olduğunu xatırladan kansler Olaf Şolts təkcə bu il Ukraynaya 8 milyard avro dəyərində silah və material tədarükü üçün hazırlıqların aparıldığını bildirib.
Lüksemburqun Baş naziri Luk Frieden də öz növbəsində deyib: "Avropanın hər yerində qanunun aliliyinin tam şəkildə həyata keçirilməsi üçün çalışacağıq. Biz Avropanı gələcəkdə də sülh və rifahın vasitəçisi olaraq müdafiə etməyə davam edəcəyik''.
Siyasi, maliyyə, hərbi və yenidənqurma baxımından Ukraynanın dəstəklənməsinə töhfə verəcəklərini ifadə edən Frieden deyib: "Lüksemburq və bütün digər dövlətlər də töhfə verəcək''.



Әlaqәli Xәbәrlәr