Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı artmaqda davam edir

Keçən il Nigeriyada Lassa qızdırmasından həyatını itirənlərin sayı 219 nəfərə çatıb.

2086055
Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı artmaqda davam edir

Keçən il Nigeriyada Lassa qızdırmasından həyatını itirənlərin sayı 219 nəfərə çatıb.

Bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb. Mәlumatda 2023-cü ildə Lassa qızdırmasının paytaxt Abuca ilә yanaşı ölkәnin 28 әyalәtindә qeydә alındığı bildirilib.

Mәlumatda hәmçinin sözügedәn dövrdә 1227 Lassa qızdırmasına yoluxma faktının qeydә alındığı, onlardan 219 nәfәrin hәyatını itirdiyi vurğulanıb.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Qeyd edәk ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.



Әlaqәli Xәbәrlәr