ABŞ: ''Haşdi Şabi liderlərindən Əbu Takva əs-Səidi öldürüldü''

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İraqın paytaxtı Bağdadda İrana yaxınlığı ilə bilinən Haşdi-Şabiyə tabe Nuceba hərəkatının liderlərindən Əbu Takva əs-Səidinin hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

2084634

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder keçirdiyi gündəlik mətbuat konfransında Əbu Takva əl-Səidinin bölgədəki ABŞ hərbçilərinə qarşı hücumları aktiv şəkildə planlaşdırdığını və idarə etdiyini bildirib.
Patrik Rayder Səidinin İraq və Suriyadakı ABŞ əsgərlərinin təhlükəsizliyinə təhdid olduğunu və onun köməkçilərindən birinin də  ABŞ-ın hava hücumu nəticəsində öldürüldüyünü qeyd edib.
İraq hökumətinin hücumla bağlı məlumatının olub-olmaması ilə bağlı açıqlama verməyən Patrik Rayder deyib:"Şəxsi heyətimizi qorumaq üçün lazımi tədbirləri görürük".
“Həşdi Şabi Bağdad Nəsli” adlı qurumun dünən verdiyi yazılı açıqlamada ABŞ-ın Bağdaddakı hücumunda komandir müavini Əbu Takva əl-Səidinin öldürüldüyü bildirilib.

Әlaqәli Xәbәrlәr