Harvard Universitetinin rektoru istefa verməyə məcbur qaldı

Üç rektor antisemitizmlə bağlı məsələlərdə tələbələrə qarşı intizam tədbirləri, universitetlərin müxtəlif baxışları və kampusda təhlükəsizliyi necə təmsil etmələri ilə bağlı suallara saatlarla cavab veriblər

2083697
Harvard Universitetinin rektoru istefa verməyə məcbur qaldı

 

  ABŞ-da Harvard Universitetinin rektoru Klodin Qey (Claudine Gay) tutduğu vəzifədən istefa verib.

  Kampusda İsrailə qarşı keçirilən nümayişləri "fikir azadlığı" çərçivəsində nəzərdən keçirdiyi üçün tənqid edilən və istefaya təzyiq edilən rektor haqqında şəxsi müzakirələrin universitetə ​​zərər verməməsi üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.

  2023-cü il dekabrın 5-də ABŞ Konqresinin Təhsil və İşçi Qüvvəsi Komissiyasında keçirilən “Univeristet rəhbərlərinin məsuliyyət daşıması və antisemitizmlə mübarizə” sessiyası çərçivəsində Harvard Universitetinin rektoru Klodin Qey, Pensilvaniya Universitetinin rektoru Elizabet Megill (Elizabeth Magill) və Massaçusets Texnologiya İnstitutunun (MİT) rektoru Salli Kornblut (Sally Kornbluth) universitet şəhərciyində antisemitizmi müzakirə edib. Onlar hadisələrə münasibətləri ilə bağlı ifadə verməyə çağırılıblar.  

  Üç rektor antisemitizmlə bağlı məsələlərdə tələbələrə qarşı intizam tədbirləri, universitetlərin müxtəlif baxışları və kampusda təhlükəsizliyi necə təmsil etmələri ilə bağlı suallara saatlarla cavab veriblər. Onlar İsrailə qarşı etirazları “ifadə azadlığı çərçivəsində” hesab etdikləri üçün şiddətli tənqid və təzyiqlərlə üzləşib, istefa vermək məcburiyyətində qalıblar. MİT-in rektoru S.Kornblut da istefaya məcbur edilsə belə, təkcə o, vəzifəsini davam etdirir.  



Әlaqәli Xәbәrlәr